Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağdakı erməni təxribatının detalları: Xüsusi təyinatlılarımız diversiya qrupunun dərsini verdilər - FOTO

Baxış: 211
Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı törətməyə çalışdıqları təxribatın detalları bəlli olub.
Bu barədə “Caliber” məlumat yayıb.
Qeyd olunub ki, yeddi nəfərlik erməni diversiya qrupu Azərbaycan Ordusunun mövqelərinə soxulmağa cəhd göstərib. Diversiya qrupunun qarşısı Azərbaycan xüsusi təyinatlıları tərəfindən alınıb. Daşbaşı yüksəkliyində qeydə alınmış hadisə zamanı diversiya dəstəsinin iki döyüşçüsü məhv edilib, daha ikisi yaralanıb. Sağ qalan ermənilər yaralılarla birlikdə ərazidən qaçıblar.
Erməni diversiya qrupunun təxribat cəhdi zamanı Azərbaycan Ordusunun sıralarında itki olmayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.