Day, Month 00, Year
00: 00: 00 AM
Deputat: "Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq praktikasına son qoymalıdır”

“Son günlər Ermənistan növbəti dəfə Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə etməyə cəhd göstərib. Bu da ölkəmizin ərazi bütövlüyünü yenidən şübhə altına almış olur”.
Bu fikirləri "Sahibkartv.az"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, ermənilər Azərbaycan Silahlı Qüvvələrinin bu ya digər hərəkətinə qiymət vermək hüququnu göstərməyə çalışırlar: “Görünür, Ermənistan 44 günlük Vətən müharibəsi dövründəki ağır məğlubiyyətindən hələ yetərincə siyasi nəticə çıxarmayıb. Ermənistan hələ də Azərbaycanın daxili işlərinə qarışmalarına heç vaxt imkan verməyəcəyimizi özü üçün bir qaydaya çevirə bilməyib. Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazisində hansısa yerdəyişmə etməsinə Ermənistanın qiymət verməsi yolverilməz hərəkətdir”.
Aydın Mirzəzadə / Report
Aydın Mirzəzadə / ReportA.Mirzəzadə bildirib ki, Azərbaycanın rəsmi hakimiyyət orqanları bu məsələ ilə bağlı öz mövqeyini qəti şəkildə ortaya qoyublar: “Azərbaycan Ordusu üzərinə qoyulan vəzifələri yetərincə yerinə yetirir, yəni bu məsələdə Ali Baş Komandan İlham Əliyevin verdiyi tapşırıqlar, ərazi bütövlüyümüzün yerinə yetirilməsi üçün atılan addımlar ölkəmizin konstitusiyasına, beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, dislokasiyanın dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq, ölkəmizin Silahlı Qüvvələrinin hərəkətinə qiymət vermək praktikasına son qoymalıdır”.
“Ermənistan "Dəmir yumruğ"un hələ də qüvvədə olduğunu və Azərbaycanın heç vaxt öz ərazi bütövlüyünü kiminsə pozmasına imkan verməyəcəyini özü üçün birmənalı şəkildə qəbul etməlidir. Bu baxımdan, Azərbaycan ictimaiyyəti Ermənistanın hərəkətlərinə qəti etirazlarını bildirir və ərazi bütövlüyümüzün qorunmasını təmin etmək üçün bütün dəstəklərini nümayiş etdirirlər”, - komitə üzvü əlavə edib.




Tarix: 25-03-2022, 16:21 Oxunub: 120


Bölməyə aid digər xəbərlər