Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Orxan Məmmədov: "Zəngilanda bir neçə müəssisənin açılışı planlaşdırılır"

Baxış: 279
Zəngilanda bu yaxınlarda bir neçə kiçik müəssisələrinin açılışı nəzərdə tutulub.
“Sahibkartv.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, Zəngilan rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində xidmət obyektləri fəaliyyətə başlayacaq : “Bildiyiniz kimi artıq müharibədən dərhal sonra azad edilmiş ərazilərdə ilk supermarketlər, restoranlar, çörək sexi, apteklər açılmışdı . Bu yaxınlarda Zəngilanda da ilkin təlabatı ödəmək üçün çörək sexi, aptek, kiçik restoran kimi obyektlərin açılışı olacaq”.
O əlavə edib ki, bu günədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 1 063 müraciət daxil olub: “Bunlardan 300-ü xarici şirkətlərdir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.