Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidentin köməkçisi: "Avropa Parlamentinin qətnaməsi dezinformasiyaya əsaslanır"

Baxış: 227
“Biz 44 günlük müharibədə çoxlu dezinformasiyalar gördük”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
“Ermənistan Azərbaycanda muzdluların olduğunu iddia edirdi. Biz sübut istəyəndə bir söz deyə bilmədilər. Saxta xəbərlər təkcə mediada yox, siyasətdə də olur. Dünən Avropa Parlamentinin qəbul etdiyi qətnamə də dezinformasiyaya əsaslanır. Kontrsuallarla bunu müəyyənləşdirmək mümkündür.
Biz səhih xəbəri mümkün qədər tez verməklə dezinformasiyalarla mübarizə aparmalıyıq. Reaksiya bildirməmək çıxış yolu deyil”, - o deyib.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.