Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və Finlandiya XİN başçıları görüşüb

Baxış: 215
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri cənab Pekka Haavisto ilə görüşüb.
Bu barədə "Sahibkartv.az"a XİN-dən məlumat verilib.
Nazirlər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq münasibətlərini müzakirə ediblər.
Görüş zamanı nazir Ceyhun Bayramov iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bu xüsusda, tərəflər siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.