Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Böyük Britaniya Azərbaycanla işgüzar əməkdaşlığı gücləndirəcək

Baxış: 313
Azərbaycanla Böyük Britaniya əməkdaşlıqlarının 30 illiyini qeyd edirlər. Ötən illər Cənub Qaz Dəhlizi, SOCAR və BP üçün də əlamətdar dövr olub.
“Sahibkartv.az” xəbər verir ki, bunu Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson iki ölkə arasındakı diplomatik münasibətlərin 30 illiyi münasibətilə keçirilən tədbirdə jurnalistlərə bildirib.
O, iki ölkənin gələcəkdə də buna bənzər bir çox layihəni həyata keçirəcəklərinə ümidvar olduğunu deyib.
Baronessa, həmçinin Böyük Britaniyanın Azərbaycanla işgüzar sahədəki əməkdaşlığı daha da gücləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.