Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda yeni qeydiyyatdan keçən kommersiya qurumlarının sayı 13% artıb

Baxış: 362
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2 163 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% çoxdur.
"Sahibkartv.az" xəbər verir ki, bu batrədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, yeni kommersiya qurumlarının 84,9%-i elektron qaydada, 15,1%-i kağız daşıyıcılarında edilmiş müraciətlər əsasında qeydiyyata alınıb.
2 163 kommersiya qurumundan 89,8%-i yerli, 10,2%-i xarici investisiyalı müəssisələrdir. 364 kommersiya qurumunun ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.
Martın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 88,9%-i MMC, 1,5%-i SC, 1,2%-i kooperativ və s. formalarda yaradılıb. Yanvar-fevral aylarında yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 95,3% təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 301 yerli investisiyalı MMC qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,9%, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə xüsusi çəkisi 15,6% təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.