11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
14:14 / 20-11-2024
13:07 / 20-11-2024
13:02 / 20-11-2024
12:57 / 20-11-2024
12:45 / 20-11-2024
12:41 / 20-11-2024
11:09 / 20-11-2024
Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatı Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb.
Sahibkartv.Az-ın məlumatına əsasən, bəyanat Avropa Parlamentinin Azərbaycanın guya Qarabağda erməni irsini məhv etməsi ilə bağlı qətnaməsinə cavab xarakteri daşıyır.
Bəyanatda deyilir:
“Biz, QHT nümayəndələri, bir neçə dəfə beynəlxalq təşkilatlara və UNESCO-ya müraciət edərək Qarabağda və Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında məlumat vermişik. Məhz Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşib.
Azərbaycana qarşı olan ikili standartlar, rasist xarakterli yanaşmalar və islamafobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil edib.
Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərində ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul edilməsi Azərbaycana qarşı növbəti riyakarlıqdır.
Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib. Xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırımı həyata keçirib. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunub. Belə ki, XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Beləliklə Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib.
Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı.
Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara baxmayaraq müəyyən beynəlxalq təşkilatlar, Avropa Parlamenti üzvləri bu durumlara səssiz qalır və əksinə Azərbaycan əleyhinə qətnamələr qəbul edirlər.
Beynəlxalq təşkilatlara ünvanlanmış öncəki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilib. Məsələn, digər faktlarla yanaşı vurğulanmışdır ki, Ermənistanda yerləşən Göy məscid, Qala məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.
Ümumilikdə, Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıdıb. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda bütün insanlığa qarşı olan bir həqarətdir. Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, onillərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur.
Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır. Bu məqsədlə beynəlxalq hüquqda mövcud instrumentlər də istifadə edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.
Biz Azərbaycanda fəaliyyət göstərən QHT-lər ölkəmizlə bağlı qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi tələb edirik.
Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
İlqar Orucov - “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyi
Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu
Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyəti
Bahar Qasımova - Azərbaycan Qadınları Respublika Cəmiyyəti
Ramil İsgəndərli - “Hüquqi Təhlil və Araşdırmalari” İctimai Birliyi
Faiq İsmayılov - Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi
Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi
Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi
Şəlalə Həsənova - “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi
Ayaz Mirzəyev - “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi
Şəhla Nağıyeva - “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi
Mariya Hüseynova - “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi
Fərid Şahbazlı - “İslahatçı Gənclər” İctimai Birliyi
Yusif Ağayev - “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi
Cəsarət Hüseynzadə - “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi
Nəsiman Yaqublu - “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyi
Telman İsa - “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi
Vüsalə Hüseynli - “İslahatçı qadınlar və innovasiyalar” İctimai Birliyi
Əhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi
Fuad Abbasov - “Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi
Fuad Hüseynzadə - “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyi
Niyaməddin Orduxanlı - “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyi
Aqil Ələsgər - “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi
Ceyhun Musaoğlu - “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyi
Aqil Camal - “Ortaq Dəyərlər” İctimai Birliyi
Hafiz Səfixanov - “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi
Mehri Xanbabayeva - “Azərbaycan Tarixçiləri” İctimai Birliyi
Anar Xəlilov - “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi
Ziba Nəbiyeva - “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
Ayaz Hüseynov - “Hemofiliyalı Xəstələr” İctimai Birliyi
Fuad Əsgərov - “Qan Donorları Assosiasiyası” İctimai Birliyi
Könül Ağayeva - “Rəqəmsal İnkişaf” İctimai Birliyi
Ramil Abbasov - “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi
Müşfiq Ələsgərli - “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi
Elçin Mirzəbəyli - “Bakı Natiqlik Məktəbi” İctimai Birliyi
Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi
Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi
Şahin Rəhmanlı – “İrəli” İctimai Birliyi
Elşad Məmmədli - “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi
Elvin Talışınski - “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi
Cavid Şahverdiyev - Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi
Kəmalə Ağazadə - “Azərbaycan Uşaqları” İctimai Birliyi
Toğrul Allahverdili – “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai Birliyi
Əfsələddin Ağalarov - “Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyi
Zülfiyyə Nuriyeva - “Sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək” İctimai Birliyi
Məleykə Əlizadə - “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi
Samirə Mustafayeva - “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi
Qalib Nəbiyev - “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi
Yadigar Məmmədli - “Azərbaycan Demokratik Jurnalistlər Liqası” İctimai Birliyi
Samir Mehdizadə - “Təhsil Şurası” İctimai Birliyi”.
Bölməyə aid digər xəbərlər