22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Azərbaycan və Gürcüstan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Bu barədə Sahibkartv.Az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Sənəd ədliyyə və məhkəmə sistemlərinin, elektron xidmətlərin və rəqəmsal innovasiyaların tətbiqinin təşviqi, penitensiar, probasiya, mediasiya, hüquqşünasların tədrisi ilə bağlı və digər konkret tədbirlərin keçirilməsini nəzərdə tutur.
Tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edib.
Qeyd edək ki, Gürcüstanın ədliyyə naziri Rati Breqadze martın 10-da rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib. Səfər zamanı gürcüstanlı nazir əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaq həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyub. Sonra Gürcüstan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib. Qonaqlar nazirlikdə ədliyyə tarixinə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş muzeylərlə tanış olublar. Həmin günR.Breqadzenin və nümayəndə heyətinin Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşü keçirilib, iki ölkənin parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb, Azərbaycan və Gürcüstan əlaqələrinin inkişafında qanunverici orqanların özünəməxsus rolu vurğulanıb. Bununla yanaşı, qonaqların digər rəsmi görüşləri və Azərbaycan brendi olan "ASAN" xidmətin fəaliyyəti, habelə Bakının tarixi və mədəni abidələri ilə tanışlığı olub. Səfər çərçivəsində gürcüstanlı qonaqların həmçinin Ədliyyə Nazirliyinin əhaliyə göstərdiyi elektron xidmətlər, probasiya və elektron monitorinq mərkəzinin fəaliyyəti, yeni inşa olunmuş penitensiar müəssisələr ilə tanışlığı nəzərdə tutulur.
Bölməyə aid digər xəbərlər