Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və Gürcüstan arasında yeni sərhəd buraxılış məntəqələri yaradılır

Baxış: 329
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 (altı) buraxılış məntəqəsi müəyyən edilib.
APA xəbər verir ki, bu, parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır:
1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün:
Dəmiryolu
“Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan);
Avtomobil
- “Qırmızı körpü” (Azərbaycan) - “Krasniy Most” (Gürcüstan);
- “Mazımqara” (Azərbaycan) - “Tsodna” (Gürcüstan).
2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
“İpəkyolu” (Azərbaycan) - “Abreşumis Qza” (Gürcüstan);
3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün:
piyadalar üçün avtomobil;
“Sadaxlı” (Azərbaycan) - “Vaxtangisi” (Gürcüstan)
4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək):
piyadalar üçün avtomobil
“Muğanlı” (Azərbaycan) - “Samtatskaro” (Gürcüstan).
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” - “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.
Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.