Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya və Ukraynanın xarici işlər nazirləri Antalyada görüşəcəklər

Baxış: 236
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna gündəmi ilə bağlı açıqlamalar verib.
O bildirib ki, iki ölkənin xarici işlər nazirləri Antalyada görüşəcəklər və üçtərəfli sammit keçiriləcək.
“İki tərəfi bir araya gətirmək üçün gərgin iş qrafiki həyata keçirdik. Dünən Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışarkən bu məsələni dilə gətirdi. Sergey Lavrov görüşə hazır olduğunu bildirdi. Ukrayna xarici işlər naziri Dmitri Kuleba da görüşdə iştirak edəcəyini bizə bildirdi. Hər iki nazir mənim də görüşdə iştirak etməyimi istədilər. Bu görüşü üçlükdə keçirəcəyik. Görüşü 10 mart günü Antalyada keçirəcəyik, inşallah. Bu görüşün dönüş nöqtəsi olacağına ümid edirik”, - deyə Çavuşoğlu qeyd edib.
Mənbə: Haber Global

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.