Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda yeni qızıl mənbəyi AŞKARLANDI - FOTO

Baxış: 349
Ölkəmizdə qızıl, mis və gümüş hasil edən “Anglo-Asian Mining Plc” şirkəti yeni qızıl mənbəyi aşkar edib.
Sahibkartv.Az-ın şirkətdən əldə etdiyi məlumata əsasən, “Həsən” adlandırılan yeni qızıl damarı Gədəbəydə “Qoşa” mədəninin cənubunda kəşf edilib.
Bildirilib ki, yerüstü qazma işləri zamanı kəşf edilən yeni subşaquli mənbə üzrə işlər davam etdirilir. Sahə üzrə işlərin ilkin nəticəsi kimi yeni damarın yüksək dərəcədə qızıl olan minerallaşmış qatlarının olduğu da qeyd edilib.
Hasilatlara 2022-ci ilin ikinci yarısından başlanılması nəzərdə tutulur. 



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.