Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ

Baxış: 420
22 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə NazirliyininAZ0106007948 ISIN-li, 30 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Biranın yaydığı məlumata görə, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 95.9032AZN (5.5%) və 99.7204 (4.1%) olan 16 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti98.7773 (4.4398%), orta ölçülmüş qiyməti99.3864 (4.2199%) müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği120 milyon 153 min 500 manat, yerləşdirilmiş həcmi isə 45 miylon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 18 fevral 2025-ciildir.
Hərrac iştirakçıları 23 fevral 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.