“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində 728,3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunub”.Sahibkartv.Az xəbər verir ki, bunu AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov deyib.
O qeyd edib ki, bura Respublika əhəmiyyətli 128,4 km-lik avtomobil yolları daxildir:
“Bununla yanaşı yerli əhəmiyyətli 425 km-lik, Bakı şəhərinin 174,9 km-lik yollarını da qeyd edə bilərik. Bunlardan 606,8 km investisiya vəsaiti hesabına, 121,5 km isə “Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına yerinə yetirilib”.





































