22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid dindirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Səyalı Səfərova bildirib ki, 2019-2021-ci illərdə "NTC Company" şirkətində rəsmi olaraq işləyib.
O deyib ki, şirkətin rəhbəri Vüqar Məhərrəmov idi: "Vilyam Hacıyevi 2011-ci ildən tanıyıram. 2019-cu ilə qədər onunla aramızda pulla bağlı heç bir problem olmayıb. İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üçün bizim şirkətin layihəsi bəyənildi. Yalnız bundan sonra aramızda narazılıqlar yarandı. Çünki pullar gecikdirilirdi. Layihəyə 4 milyon manat vəsait bank hesabımıza köçürülmüşdü".
Daha sonra təqsirləndirlilən şəxsin vəkili vəsatət qaldırıb. O, tikinti şirkətinin direktorunun məhkəmədə ifadə verməsini tələb edib.
Vəsatət baxılmamış saxlanılıb.
V.Hacıyev də şirkət rəhbərinin məhkəməyə gəlməsini və onunla üzlə.məsini istəyib.
Proses fevralın 25-də davam etdiriləcək.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Bölməyə aid digər xəbərlər