Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ramiz Mehdiyev AMEA-nın yığıncağına qatıldı - YENİLƏNİB + FOTO

Baxış: 308
AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirən Ramiz Mehdiyev bu gün keçiriləcək ümumi yığıncaqda iştirak üçün Rəyasət Heyətinin yerləşdiyi binaya gəlib. 
Bununla bağlı Sahibkartv.Az-ın əməkdaşı məlumat verib.R.Mehdiyevdən başqa akademik Nizami Cəfərov və AMEA-nın müxbir üzvü Kamal Abdulla da iclasda iştirak edəcək. 
N.Cəfərov jurnalistlərin iclasda namizədlərdən kimin seçiləcəyinə dair sualına cavab olaraq bildirib ki, bu, hələ məlum deyil, iclasdan sonra məlumat veriləcək.
K.Abdulla da bildirib ki, ümumi yığıncaqda yalnız bir məsələ müzakirə ediləcək.
09:07
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Akademiyaya yeni prezident seçiləcək şəxslərin namizədliyi irəli sürüləcək.
Sahibkartv.Az xəbər verir ki, iclasın bu gün saat 12:00-da başlayacağı ehtimal edilir.
Namizədlər arasında AMEA prezidenti postuna Akademiyanın birinci vitse-prezidenti Arif Həşimovun da namizədliyi verilib.
Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. Ramiz Mehdiyev istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.