Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səhiyyə Nazirliyinin rəsmisi: “Vətəndaşın ilk dəfə verdiyi analiz müsbət çıxırsa...”

Baxış: 331
“Vətəndaşın ilk dəfə verdiyi analiz müsbət çıxırsa, biz bunu pozitiv qəbul edirik. Çünki təhlükəli ola bilər”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.
O bildirib ki, dərhal verilən növbəti testdə yaxma götürülməsində problem ola bilər:
“Testin nəticələrində səhv olma ehtimalı çox azdır. İstifadə olunan testlər çox həssaslıq və dəqiqliklə aparılır. Bu səbəbdən ilk nəticəyə uyğun olaraq biz həmin vətəndaşı COVID-19-a yoluxmuş kimi qeydə alırıq və prosedur qaydalarına uyğun müddətdə izolyasiya olunmasını tələb edirik. 
Qan analizi və KT müayinəsinin təmiz çıxması heç də şəxsin sağlam olması demək deyil. Təhlükəsizlik məqsədilə prosedur bu şəkildə aparılır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.