Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda pensiya yaşı azaldıla bilər? - AÇIQLAMA

Baxış: 610
Azərbaycanda pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil”.
Sahibkartv.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib. 
Onun sözlərinə görə, aparılmış hesablamalar, araşdırmalar onu gösətir ki, ölkədə orta ömür uzunluğu 77 yaşdan çoxdur:
“Pensiyaçılarımızın yaş həddi də həmin rəqəmin üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması gözlənilirmir”.
“Qeyd edim ki, hazırda dünya təcrübəsində pensiya yaşının hətta 65 yaşın üzərində artırılması və onların əmək bazarında saxlanılması məqsədəuyğun hesab edilir. Bu təcrübə nəzərə alınmaqla pensiya yaş həddinin azadılması nəzərdə tutulmur”, - deyə o əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.