Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İranın Baş Qərargah rəisi: “Hər zaman Azərbaycanın yanında olacağıq”

Baxış: 488
“İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın ərazilərini işğaldan etməsi İranı sevindirir. Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq”.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeri deyib.
O bildirib ki, İran Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqda maraqlıdır. Təcrübə mübadiləsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. İran ordusu hərbi-tibbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarına malikdir. Qarşılıqlı əməkdaşlıq hər iki dövlətin ordusunun daha da güclənməsinə töhfə verə bilər.
Məhəmmədhüseyn Baqeri qeyd edib ki, İran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz. İran Azərbaycan Prezidentinin regionda “3+3” formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir. Bölgə dövlətləri regiondakı problemləri həll etmək imkanına malikdir.
“Biz birmənalı şəkildə bəyan edirik ki, İran hər zaman Azərbaycanın yanında olacaq”, - deyən general-leytenant Məhəmmədhüseyn Baqeri Azərbaycanın İran üçün dost və qardaş dövlət olduğunu bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.