Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazirlik tikdirdiyi 290 mənzilə iki milyard manat pul ayırıb? - RƏSMİ AÇIQLAMA

Baxış: 363
“Nazirlik şəhid ailələri və müharibə əlilləri üçün 290 fərdi evin tikintisi məqsədilə 19,9 milyona yaxın vəsait xərcləyəcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, saytlardan birində Nazirliyin 290 fərdi evin tikintisi üçün guya iki milyard manata yaxın pul xərcləyəcəyi barədə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir:
“Əslində, həmin məbləğ 19 milyon 884 min 431 manatdır. Nazirlik bu sahədə də büdcə vəsaitlərinin daha qənaətli istifadəsi üçün 274 fərdi ev üçün ayrılmış həmin vəsait hesabına bundan daha çox, 290 fərdi evin tikilməsini təmin edəcək. Bu barədə tender.gov.az saytında da rəsmi məlumat var”.
“Lakin fərdi evlərin tikintisi işlərinin satın alınması üçün müvafiq saytda dərc edilmiş tender müqaviləsinin maliyyə göstəricisi qeyd edilərkən texniki yanlışlığa yol verilib və tam işarəsini bildirən vergül qeyd edilmədiyindən “19884431,31” rəqəmi “1988443131” kimi göstərilib.
Saytla əlaqə saxlanılıb, real məbləğ bildirilsə də, sayt yanlış məlumatı əks etdirən başlığı saxlamaqla oxucularına yalan məlumat verməkdə davam edir”, - deyə F.Talıbov qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.