Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Amerikalıların əksəriyyəti Baydeni prezident olaraq görür

Baxış: 321
Koronavirusla bağlı vəziyyət ABŞ vətəndaşlarını narahat edir, amerikalılar hazırkı prezident Donald Trampın epidemiyanın öhdəsindən gələ bilmədiyini düşünərək, namizəd Co Baydenə üstünlük verirlər.
Bununla bağlı “Fox News” sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən, D.Tramp (41 faiz) Co Baydendən (49 faiz) səkkiz faiz geri qalıb. Namizədlərdən heç biri 50 faizlik səddi keçə bilməyib. Sorğu iştirakçılarının 10 faizi ya namizədlərdən birini seçməkdə qərarsız qalıb, ya da başqa namizədi dəstəkləyiblər.
Sorğu iştirakçıları olan kişilərdən D.Tramp təxminən beş faiz artıq səs toplayıb. C.Bayden isə qadınlar arasında D.Trampdan 19 faiz çox səs alıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.