Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava gözlənilir - PROQNOZ

Baxış: 370
20 iyulda Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda belə deyilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.
20 iyulda Azərbaycanın bəzi rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.
İyulun 20-21-də Abşeron yarımadasında isti temperatur diskomfortu və günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.