Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Maska taxmaqdan imtina edən kişi polis tərəfindən güllələndi - VİDEO

Baxış: 301
Kanadada polis 73 yaşlı kişini supermarketdə maska taxmaqdan imtina etdikdən sonra güllələyərək öldürüb.
Bu barədə "The Mirror" xəbər verir.
Qeyd olunur ki, kişi mağazada tibbi maska taxmaq istəməyib. Bu səbəbdən işçilər ona xidmətdən imtina ediblər. Bundan sonra kişi işçiyə hücum edib və onu döyməyə başlayıb. Sonra onu mağazadan çıxarmaq mümkün olub.
Kişi mağazanı tərk etdikdən sonra avtomobilinə minib, əvvəl işçilərin üstünə sürüb, sonra isə supermarketin binasına girib.
Bundan sonra hadisə yerindən qaçmağa çalışıb.
Ancaq hüquq mühafizəçiləri maşının seriya nömrəsi ilə onun kimliyini müəyyənləşdirib və evinə gəliblər. Burada onların arasında münaqişə yaşanıb və polis silahdan atəş açıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
[video=]

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.