22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “CheckApp” mobil tətbiqi istifadəyə verilib.
Dövlət Agentliyindən verilən məlumata görə, tətbiq Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.
“CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə aidiyyati səlahiyyətli şəxs yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVID-19 pasportunu yoxlaya biləcək. Tətbiq üzərindən vətəndaşın COVID-19 pasportu aşağıdakı dörd sadə üsuldan biri ilə yoxlanıla bilər:
1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;
2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;
3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;
4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.
Vətəndaşlar isə COVID-19 pasportlarına “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya portal üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.
Qeyd edək ki, yoxlama zamanı COVID-19 pasportunu elektron şəkildə təqdim edən vətəndaşlar pasportun yeni olmasına və ən son versiyanı təqdim etdiklərinə əmin olmalıdırlar. COVID-19 pasportunu elektron şəkildə təqdim etməyə çətinlik çəkən vətəndaşlar şəxsiyyət vəsiqəsinin məlumatlarını (FİN, vəsiqənin seriya nömrəsi, ad, soyad, ata adı, doğum ili) təqdim edə bilərlər.
COVID-19 pasportuna baxmaq və ya əldə etmək üçün “myGov” mobil tətbiqini “Android” və “iOS” yükləmək mümkündür.
COVID-19 pasportlarının yoxlanılması üçün “CheckApp” mobil tətbiqini portaldan yükləmək və daha ətraflı təlimat videosunda tanış olmaq mümkündür:
Bölməyə aid digər xəbərlər