Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

COVID pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb - VİDEO

Baxış: 331

“COVID pasportunun yoxlanılması üçün “ASAN İcazə” mobil tətbiqi hazırlanıb”.
Sahibkartv.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, sentyabrın 1-dən Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID pasportu olduğu halda istifadə edə bilərlər:
Yaşı 18-dən yuxarı olan şəxslərin COVID pasportunun olub-olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan “ASAN İcazə” mobil tətbiq vasitəsilə yoxlanılacaq.
Vətəndaşın COVID pasportu olduğu təqdirdə məkanlara buraxılacaq”.

 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.