Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda illərlə qalaqlanmış zibillik ETSN-nin müdaxiləsindən sonra təmizləndi - FOTO

Baxış: 390
Bir neçə gün əvvəl Baku TV Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yaşayanların illərdir həllini tapmayan problemini işıqlandırdı.
Belə ki, ərazidə illərlə qalaqlanan zibil sakinlərin icra orqanlarına illərlə şikayətlərinə rəğmən, təmizlənməmiş qalmışdı.
Baku TV-nin sakinlərin müraciəti əsasında hazırladığı reportajın Oxu.Az-da dərc olunmasından sonra problem qismən həllini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın köməyi, nazirliyin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin bilavasitə göstərişi ilə və xidmət əməkdaşlarının ərazi icra nümayəndəliyi ilə müəyyən danışıqlarından sonra ərazi təmizlənib.
Qeyd edək ki, artıq neçənci dəfədir ki, məhz ETSN-nə müraciətimizdən dərhal sonra, onların tələbi və göstərişi ilə məsələ həllini tapır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.