11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini İlham Quliyev məcburi köçkünlərin dözülməz həyat şəraiti ilə bağlı yayımlanmış xəbərlə bağlı Oxu.Az-a açıqlama verib.
İ. Quliyev bildirib ki, sözügedən ailələrdən onlara heç bir müraciət daxil olmayıb:
“Məcburi köçkünlərin mənzil problemlərinin həlli ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məşğul olur. Hazırda Abşeron ərazisində “Stansiya Sumqayıt” adlanan yerdə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün ailələri üçün qəsəbə salınır. Üç min ailəlik bina tikintisi gedir. Həmin ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edə bilər. Məcburi köçkün ailələrinin köçürülməsi Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətində deyil. Lakin, onlar öz rayonları üzrə icra hakimiyyətlərinə də müraciət edə bilərlər.
Bizə müraciət olunarsa, biz həmin ailələrin adından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi məktub ünvanlayıb, vəziyyətləri barədə məlumat verib, yeni salınan qəsəbədə bu ailələrin də vəziyyətinin nəzərə alınması barədə xahiş edə bilərik.
Həmin Komitənin Abşeron rayon üzrə nümayəndəsi var. Həftənin birinci günü onlardan xahiş edərik əraziyə baxış keçirib vəziyyətlə tanış olsunlar. Aidiyyəti üzrə də öz komitələrinə bu barədə məlumat versinlər”.
Bölməyə aid digər xəbərlər