14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 10-da keçirdiyi brifinqdə xüsusi karantin rejimi davam edən 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyənlərdən ibarət aztəminatlı şəxslərin heç də hamısının 190 manat almamasına dair səslənmiş suala aydınlıq gəlib.
Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aprel-may aylarında 600 min şəxs yaşayış minimumu qədər, yəni aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib:
"Həmçinin 16 şəhər və rayonda (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron, Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) xüsusi karantin rejiminin davam etdiyi üçün həmin şəhər və rayonlar üzrə də 290 minə yaxın insana 190 manat məbləğində birdəfəlik formada ödəniş həyata keçirilib.
Ümumilikdə aprel və may aylarında respublika üzrə, habelə son günlərdə 16 şəhər və rayon üzrə birdəfəlik ödəmənin verilməsi üçün ümumilikdə 280 milyon manatdan çox vəsait sərf olunub.
Aprel-may ayları üzrə ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı hazırda xüsusi karantin rejiminin mövcud olduğu şəhər və rayonlara aid olan şəxslər, habelə bu 16 şəhər və rayonda qeydiyyatda olanlar bu birdəfəlik ödəməni alıblar".
Qeyd olunur ki, birdəfəlik ödəmə Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, vətəndaşlara dair məlumatların aidiyyəti informasiya sistemləri üzərindən Qərarla təsdiq edilmiş meyarlara uyğunluğunun təkrar yoxlanılması əsasında verilib. Aprel-may aylarında ödəmə almasına baxmayaraq, sonradan adında əmək müqaviləsi, VÖEN, torpaq payı və s. aşkar edilən şəxslərə bu ödəmə qanunauyğun olaraq verilməyib.
Bölməyə aid digər xəbərlər