Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Miri Yusif xüsusi reyslə xaricə istirahətə getdi - FOTO

Baxış: 386
Xalq artisti Miri Yusif xüsusi açılmış Bakı-İstanbul-Bakı reysindən faydalanaraq, istirahətə yollanıb.Qafqazinfo xəbər verir ki, o, iyunun sonunda xanımı Nərgiz Mirbabayeva və övladları ilə birgə Türkiyəyə yola düşüb. Sənətçi İstanbuldan İzmirə gedib, istirahət üçün turizm bölgəsi olan Kuşadasına üz tutub.
Onlar tətil zamanı çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında paylaşıblar. Hətta Miri Yusif “Türkiyəyə necə getmisən?” sualına turizm şirkətinin adını “tag” edərək “qısa cavab” verib. 
Qeyd edək ki, müxtəlif zəruri səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq məqsədilə iyundan başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə mütəmadi xüsusi reysləri həyata keçirilir. 
                            

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.