Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan: “Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik”

Baxış: 255
“Qardaşım İlham Əliyevin liderliyi və müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən dirçəltmək istiqamətində görülən işləri yaxından izləyirik. Şuşaya gələrkən gördük ki, intensiv işlər görülür”. 
SAHIBKARTV.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
Türkiyə lideri bildirib ki, Füzuli aeroportunun istifadəyə verilməsi ilə bölgədə turizm imkanları da genişlənəcək. 
O qeyd edib ki, Türkiyə öz dədə-baba yurdlarına qayıdacaq azərbaycanlılarla bağlı səylərini əsirgəməyəcək. 
“Bu mövzuda dəyərli qardaşımın özəl çalışmaları var”, - deyə R.T.Ərdoğan əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.