Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Alban-udi dini icmasının nümayəndələrinin Laçına növbəti səfəri başlayıb

Baxış: 516
Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin növbəti dəfə Laçın rayonuna səfəri başlayıb.
Səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər. Səfər çərçivəsində icma nümayəndələri rayon ərazisindəki qədim alban məbədi olan “Ağoğlan” monastırını ziyarət edəcək.
Bu, qədim Alban kilsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarətidir. Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, “Ağoğlan” məbədi erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir. V-VI əsrlərə aid bazilika Ağoğlan çayının sahilində yerləşir. Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastır üslubuna uyğunlaşdırılıb.
İşğal dövründə ermənilər tərəfindən abidə saxtakarlığa məruz qalıb. Ermənilər monastırı özününküləşdirmək üçün onun memarlıq quruluşuna və interyerinə dəyişiklik ediblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.