Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi

Baxış: 198
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi


Prezident İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.

"Qonaqlar qəbula görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Onlar Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini dedilər və bu tədbirin əhəmiyyətinə toxundular.

Prezident İlham Əliyev ölkəmizin həm Çin, həm də İtaliya ilə sıx münasibətlərinin olduğunu vurğuladı, hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdıqlarını bildirdi.

Söhbət zamanı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edildiyi xatırlandı, ölkəmizdə mövcud əlverişli biznes mühitinə toxunuldu, yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün yaradılmış münbit şəraitdən bəhs olundu.

Görüşdə yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı, ölkəmizlə bu şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə edildi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.