Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AFAZ və Uniser Group-un dəstəyi ilə Azərbaycanın İT şirkətləri süni intellekt və Afrika bazarına çıxış imkanlarını müzakirə ediblər

Baxış: 126

Africa–Azerbaijan Cooperation (AFAZ) təşkilatçılığı və 2015-ci ildən fəaliyyət göstərən, informasiya texnologiyaları sahəsində müasir və innovativ həllər təqdim edən qabaqcıl şirkət – Uniser Group MMC-nin dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən informasiya texnologiyaları, proqram təminatı (software) və avadanlıq (hardware) şirkətlərinin nümayəndələri ilə işgüzar görüş keçirilib.
Sahibkartv.az xəbər verir ki, Görüşü giriş nitqi ilə AFAZ-ın təsisçisi Rəna Qəfərova, AFAZ İdarə Heyətinin üzvü Lamiyə XəlilovaUniser Group MMC-nin rəhbəri Emin Xankişiyev açaraq iştirakçıları salamlayıblar. Çıxışlarda Azərbaycanın İT sektorunun inkişafı, süni intellekt texnologiyalarının tətbiqi, ölkənin rəqəmsal transformasiya siyasəti və Afrika bazarında formalaşan yeni əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.
Görüşün əsas məqsədi Azərbaycanın İT sektorunun Afrika bazarına çıxış imkanlarını genişləndirmək, süni intellekt əsaslı həllərin ixrac perspektivlərini qiymətləndirmək və Azərbaycan şirkətləri ilə Afrika ölkələri arasında yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək olub.
Müzakirələr zamanı Azərbaycan Respublikası Prezidentinin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası" çərçivəsində ölkədə süni intellekt ekosisteminin inkişafı, innovativ texnologiyaların tətbiqi və rəqəmsal transformasiya istiqamətində görülən işlər barədə geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı Afrika bazarında yüksək tələbat olan süni intellekt əsaslı proqram təminatları, e-Government platformaları, fintech, kibertəhlükəsizlik, ERP və CRM sistemləri, təhsil və səhiyyə texnologiyaları, eləcə də Smart City həllərinin ixrac potensialı geniş şəkildə müzakirə olunub.
AFAZ nümayəndələri bildiriblər ki, Afrika qitəsində rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etməsi Azərbaycan texnologiya şirkətləri üçün mühüm ixrac imkanları yaradır. Təşkilat Afrika ölkələrinin dövlət qurumları, biznes assosiasiyaları və özəl sektor nümayəndələri ilə əməkdaşlıq edərək "Made in Azerbaijan" texnologiyalarının və innovativ İT həllərinin Afrika bazarına çıxarılmasına dəstək verməyə davam edəcək.
Görüşün yekununda Afrika ölkələrində keçiriləcək beynəlxalq İT sərgilərində, biznes forumlarında və B2B görüşlərində Azərbaycan şirkətlərinin vahid platforma altında təmsil olunması, eləcə də süni intellekt və rəqəmsal texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.
AFAZ bundan sonra da Azərbaycanın innovativ texnologiyalarının beynəlxalq bazarlarda, xüsusilə Afrika qitəsində tanıdılması, yerli İT şirkətlərinin qlobal bazarlara çıxışının dəstəklənməsi və yeni biznes tərəfdaşlıqlarının qurulması istiqamətində fəaliyyətini davam etdirəcək.








Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.