Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Trampın sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" - Prezident

Baxış: 63
"Trampın sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var" - Prezident


ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında xüsusi rolu var.

Prezident bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edərkən bildirib.

Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyib.

İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun iki ölkə, eyni zamanda, region üçün çox önəmli olduğunu deyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.