Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məlhəm Beynəlxalq Hospitalın həkimi Qırğızıstanın Səhiyyə Nazirinə müşavir təyin olunub

Baxış: 90

Məlhəm Beynəlxalq Hospitalın kardioloqu, tibb üzrə fəlsəfə doktoru Ülvi Mirzoyev Qırğızıstan Respublikasının səhiyyə naziri Damirbek Osmanovun müşaviri vəzifəsinə təyin edilib.

T.Ü.F.D. Ülvi Mirzoyev peşəkar fəaliyyətini Bakıda yerləşən Məlhəm Beynəlxalq Hospitalda davam etdirəcək. Bununla yanaşı, o, mütəmadi olaraq Qırğızıstanın paytaxtı Bişkek şəhərinə işgüzar səfərlər edərək tibb elmi, səhiyyə menecmenti və səhiyyə siyasəti sahələrindəki zəngin təcrübəsini Qırğızıstan səhiyyə sisteminin inkişafı istiqamətində bölüşəcək.

Məlhəm Beynəlxalq Hospital olaraq, dəyərli həkimimiz Ülvi Mirzoyevi bu nüfuzlu təyinat münasibətilə təbrik edir, ona məsuliyyətli və şərəfli fəaliyyətində yeni uğurlar arzulayırıq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.