Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı

Baxış: 54
Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı


Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ­cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycanın 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85.869.260,0 (səksən beş milyon səkkiz yüz altmış doqquz min iki yüz altmış) manat vəsait ayrılıb.

O cümlədən:

Fövqəladə Hallar Nazirliyinə -  8.876.210,0 (səkkiz milyon səkkiz yüz yetmiş altı min iki yüz on) manat;

Bakı Şəhər İcra Hakimiyyətinə - 1.437.315,0 (bir milyon dörd yüz otuz yeddi min üç yüz on beş) manat;

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə - 21.443.875,0 (iyirmi bir milyon dörd yüz qırx üç min səkkiz yüz yetmiş beş) manat;

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə - 39.103.600,0 (otuz doqquz milyon bir yüz üç min altı yüz) manat;

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə - 15.008.260,0 (on beş milyon səkkiz min iki yüz altmış) manat vəsait ayrılıb.

Azərbaycanın Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.