Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məlhəm Beynəlxalq Hospitalda müxtəlif sahələri təmsil edən 40-dan çox sahibkarın iştirakı ilə görüş keçirilib

Baxış: 144


Hospitalın direktoru Dr. Sevda Əlizadə açılış nitqi ilə çıxış edərək müəssisənin strateji inkişaf xətti, qabaqcıl tibbi texnologiyalara əsaslanan xidmət modeli və pasiyent məmnuniyyətinin prioritetliyini diqqətə çatdırıb. 

Sahibkartv.az bildirir ki, görüş çərçivəsində hospitalın yüksək ixtisaslı tibbi heyəti, beynəlxalq standartlara uyğun infrastrukturu və kompleks xidmət imkanları təqdim olunub. 

Xüsusilə korporativ əməkdaşlıqlar, fərdi və institusional tərəfdaşlıqlar üçün yaradılan imkanlar ön plana çəkilib.

İştirakçılar hospitalın fəaliyyət modeli ilə yaxından tanış olaraq, səhiyyə və biznes sektorları arasında sinerjinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Tədbir çərçivəsində hospitalın gələcək vizyonu və regionda tibbi xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlmiş təşəbbüsləri xüsusi maraq doğurub.

Görüş hospitalın uzunmüddətli və dayanıqlı əməkdaşlıqlar qurmaq niyyətini bir daha nümayiş etdirərək, yeni tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradıb.




















Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.