
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri sahibkarlığın və səhiyyə sektorunun paralel inkişafıdır. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində həyata keçirdiyi tədbirlərin davamı olaraq, onun irsinin davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü islahatlar nəticəsində həm biznes mühiti yaxşılaşdırılıb, həm də səhiyyə infrastrukturunda inqilabi dəyişikliklər baş verib. Dövlət başçısının fikrincə, güclü sahibkar və sağlam cəmiyyət bir-birindən ayrılmaz anlayışlardır. “Sahibkar da, həkim də xalqın rifahı üçün çalışır. İqtisadiyyat güclüdürsə, səhiyyə sistemi də inkişaf edir”, -deyə çıxışlarında vurğulanıb.
Son illər Azərbaycanda dövlətlə yanaşı, özəl səhiyyə müəssisələrinin sayı və keyfiyyəti xeyli artıb. Bu proses birbaşa Prezident İlham Əliyevin sahibkarlığa verdiyi dəstək və biznes mühitinin liberallaşdırılması siyasətinin nəticəsidir. Regional inkişaf proqramları çərçivəsində sahibkarların səhiyyə layihələrinə töhfəsi xüsusilə diqqətəlayiqdir. Bir çox iş adamları doğulduqları bölgələrdə tibb məntəqələri, apteklər, laboratoriyalar açaraq həm məşğulluq yaradır, həm də əhali üçün vacib xidmət təmin edir. Regionlara səfərlər zamanı bu kimi təşəbbüslər yüksək qiymətləndirilir.
Siyasətdə sahibkarlıq və səhiyyə bir-birini tamamlayan iki sütun kimi çıxış edir. Dövlət iqtisadiyyatı gücləndirərək sahibkara dəstək verir, sahibkar isə sosial məsuliyyət daşıyaraq səhiyyənin inkişafına töhfə verir. Bu qarşılıqlı əlaqə nəticəsində bu gün Azərbaycan həm iqtisadi baxımdan dayanıqlı, həm də səhiyyə baxımından müasir standartlara cavab verən ölkəyə çevrilib.
Bunu da qeyd etmək lazımdır ki, sahibkarlığın inkişafı üçün yaradılan güzəştlər sayəsində ölkədə onlarla özəl klinika, diaqnostika mərkəzi, stomatoloji və reabilitasiya müəssisəsi fəaliyyətə başlayıb. Bu, həm rəqabəti artırıb, həm də vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxışını asanlaşdırıb.
Eyni zamanda dövlət tərəfindən həyata keçirilən tibbi sığorta sistemi də sahibkarlar üçün yeni imkanlar açıb. Bu sahəyə investisiya yatıran iş adamları təkcə iqtisadi mənfəət əldə etmir, həm də sosial məsuliyyət daşıyır.
Son 20 ildə ölkədə 800-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Bu müəssisələrin bir çoxunda özəl sektorun iştirakı var. Müasir avadanlıqların gətirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığı və regionlarda tibb xidmətinin əlçatan olması bunların hamısında dövlət-sahibkar əməkdaşlığı mühüm rol oynayır.
Həmin özəl müəssisələrdən biri də məhz Bakıda yerləşən “Məlhəm” Beynəlxalq Hospitalıdır. Bu sahəni inkişaf etdirmək məqsədilə 28 oktyabr 2025-ci il tarixdə “Sahibkartv.az” saytı ilə “Məlhəm” Beynəlxalq Hospitalı arasında görüş keçirilib. Görüşün məqsədi həmçinin, klinika ilə gələcək əməkdaşlıqların müzakirə olunmasıdır. Görüşdə klinikanın peşəkar heyəti və dünya standartlarına cavab verən cihaz və avadanlıqları haqqında məlumat verilib.
Həmçinin “Məlhəm” Beynəlxalq Hospitalının icraçı direktoru Sevda Əlizadə ilə Sahibkartv.az-ın baş redaktoru Rüstəm Nağıyev arasında media və sahibkarlar mövzusunda geniş müzakirələr aparılıb.
Onu da qeyd edək ki, Sevda Əlizadə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) üzvüdür.
Bundan sonra Sevda Əlizadə görüş zamanı bildirib ki, “Məlhəm” Beynəlxalq Hospitalı dünya standartlarına cavab verən 28 000 kv sahəsi, güclü tibbi heyəti, yeni cihaz və avadanlıqları ilə xalqına düzgün tibbi xidmət göstərən bir tibb ocağıdır.
Sahibkartv.az-ın baş redaktoru Rüstəm Nağıyev isə qeyd edib ki, “bura geniş profilli və çox şöbəli tibb müəssisəsidir: “Bu tibb müəssisəsi müasir avadanlıqla təchiz olunub. Müşahidələrimiz onu göstərir ki, cərrahi əməliyyatlar, diaqnostika, radiologiya, neyrocərrahiyyə, kardiologiya, mammologiya və digər sahələrdə xidmət göstərir. Ölkəmiz üçün əhəmiyyətli olan bu tibb müəsisəsi ilə görüşlərin keçirilməsi sahibkarların və medianın daim diqqətində olmalıdır. Sahibkarlıq və səhiyyənin paralel inkişaf etməsi üçün “Məlhəm” klinikası ilə görüşlər keçiririk. Bunun üçün gələcək perspektivlər üzərində işləyirik”.
Qeyd edək ki, “Məlhəm” Beynəlxalq Hospitalı Bakıda yerləşən və ölkədə özəl səhiyyə sektorunda nüfuzlu tibb müəssisəsi kimi tanınan klinikadır. Təqdim etdiyi xidmət sahələri, müasir tibbi avadanlığı və yüksək ixtisaslı həkim heyəti ilə fərqlənir. Klinikanın əsas şüarı ondan ibarətdir ki, xəstə baxımında fərdi yanaşma və yüksək keyfiyyət ön planda olmalıdır.
Məlumat üçün bildirək ki, profilləşmiş əməliyyatların aparılması məsələn, ölkəmizdə ilk beyin-pil əməliyyatlarından biri burada həyata keçirilib. Həkim heyətinin peşəkarlığının bir səbəbi isə onların ölkə və xaricdə təhsil almış mütəxəssislərdən ibarət olmasıdır.
Görüş zamanı vurğulanıb ki, klinikada mammologiya şöbəsinin fəaliyyəti də var. Süd vəzi xəstəliklərinin diaqnostikası və müalicəsi müasir cihaz və texnologiyalarla aparılır.
“Məlhəm” Beynəlxalq Hospitalı avadanlıq baxımından yeniliklərə açıqdır, tibbi standartlara uyğunluq təmin edilir.
Müştəri məmnuniyyətinə və nüfuzuna önəm verilir ki, bu da səviyyəli özəl səhiyyə müəssisəsi kimi qəbul edilməsinə səbəb olur.
Əlaqə və daha ətraflı məlumat üçün: 803 Çağrı Mərkəzi və
[email protected] e-mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099

































