Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Africa–Azerbaijan Cooperation (AFAZ) və Addis Chamber arasında əməkdaşlıq — Efiopiya Biznes Forumu öncəsi onlayn görüş keçirilib

Baxış: 2 693



Bakı, oktyabr 2025Africa–Azerbaijan Cooperation (AFAZ) və onun üzv şirkətləri Addis Ababa Chamber of Commerce and Sectoral Associations (Addis Chamber) ilə birlikdə Efiopiyada keçiriləcək Biznes Forum öncəsi Zoom platforması üzərindən onlayn görüş keçiriblər.
Sahibkartv.az xəbər verir ki, görüş zamanı Azərbaycan sahibkarları və AFAZ üzvləri öz məhsul və xidmətlərini Efiopiya tərəfinə təqdim edib, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Tərəflər forumun səmərəli keçirilməsi üçün təşkilati hazırlıqları, iştirak edəcək şirkətlərin müəyyənləşdirilməsini və iki ölkə arasında biznes əlaqələrinin daha da genişləndirilməsini razılaşdırıblar.
Bu təşəbbüs Azərbaycan və Efiopiya arasında ticarət, sənaye və investisiya əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımdır.
Məlumat üçün bildiririk ki, Addis Ababa Chamber of Commerce and Sectoral Associations (Addis Chamber) 1947-ci ildə təsis olunub və Efiopiyanın ən nüfuzlu işgüzar təşkilatlarından biridir. Quruma 17 mindən çox şirkət üzvdür və o, ölkədə özəl sektorun inkişafına, sahibkarlığın gücləndirilməsinə və beynəlxalq ticarətin genişlənməsinə dəstək verir.
Addis Chamber mütəmadi olaraq biznes forumlar, sərgilər və beynəlxalq görüşlər təşkil edir və dövlət–özəl əməkdaşlığının inkişafında mühüm rol oynayır..
Ilin sonunda  keçiriləcək Efiopiya Biznes Forumu, Africa–Azerbaijan Cooperation (AFAZ)Addis Chamber tərəfindən birgə təşkil olunacaq və hər iki ölkədən sənaye rəhbərlərinin, investorların və rəsmi şəxslərin iştirakı gözlənilir. Forum, Azərbaycan və Efiopiya arasında yeni iqtisadi körpünün qurulmasına mühüm töhfə verəcək.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.