Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bangkokda CİCA üzv dövlətlərində qadın sahibkarlığının gələcəyi müzakirə olundu

Baxış: 231



Tailand Krallığının Astana şəhərindəki Səfirliyi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CİCA) Katibliyi və Çulalongkorn Universitetinin Asiya Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “CİCA üzv dövlətlərində qadın sahibkarlığının gələcəyi” mövzusunda beynəlxalq müzakirə və beyin mərkəzi sessiyası keçirilib.
Sahibkartv.az xəbər verir ki, Tədbirdə CİCA üzv ölkələrinin nümayəndələri qadın sahibkarlığının inkişaf istiqamətlərini, qarşıda duran hədəfləri, innovativ yanaşmaların tətbiqi imkanlarını və regional əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və təşkilatın fəal üzvü Pərvanə Axundova iştirak ediblər.
Rəsmi hissədən sonra iştirakçılar üçün Tailand qadın sahibkarlarına məxsus kiçik və orta biznes müəssisələrinə tanışlıq səfərləri təşkil olunub. Proqram çərçivəsində nümayəndə heyəti “Siam Fresh Enterprises Co., Ltd” şirkətində istehsal prosesini izləyib, müəssisənin təsisçisi xanım Vipawalee Watjanapinyo və Tailandın Qazaxıstandakı Səfiri xanım Piyapin Niyomrerks ilə görüşüb.
Daha sonra iştirakçılar “Phothalai Bangkok” kompleksində ənənəvi bitki yığınının hazırlanması dair seminarda iştirak ediblər. 
Bu səfər qadın sahibkarların uğurlu təcrübələrinin paylaşılması, biznes əlaqələrinin genişləndirilməsi və CİCA regionunda iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədinə xidmət edib.








Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.