14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
“İrəli” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 20 Yanvar hadisələrinə həsr olunan “Tarixin Canlı Şahidləri” adlı görüş həyata keçirilib.
200-ə yaxın gəncin iştirak etdiyi, Malik Bağırovun moderatorluğu ilə baş tutan görüşün əsas məqsədi üstündən uzun illər keçsə də, qəhrəmanlıq tariximizin bu şanlı səhifəsini gələcəyimiz olan gənclərə bilavasitə şahidlərin öz dili ilə çatdırmaq, onlarda vətənpərvərlik hislərini gücləndirmək və Azərbaycan xalqının mübarizə tarixini gənclərə aşılamaq olub.
Tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövət Himni səslənib və vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar hadisələri haqqında öz fikirlərini bölüşən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev bildirib ki, 31 il keçməsinə baxmayaraq gənclər və gənclər təşkilatları bu cinayəti dünya ictimaiyyətinə çatdırmaqda öz işinə davam etməlidir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli vurğulayıb ki, 20 Yanvar hadisələrində öz canlarından keçən şəhidlərimiz gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olub.
Daha sonra “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışında bildirib ki, 20 Yanvar şəhidləri vətən yolunda, xalq yolunda, bugünkü azadlığımız və müstəqilliyimiz yolunda şəhid olublar. Vətən və xalq yolunda həlak olanların ömrü vətənin ömrü qədərdir.
Anım tədbirində yazıçı, jurnalist Orxan Fikrətoğlu və 20 Yanvar hadisələrinin şahidləri tərəfindən tarixin reallıqları müzakirə edilib. Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışılıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir.
Tədbir zamanı 20 yanvar gününün şahidləri də baş vermiş hadisələrin reallıqlarını gənclərimizlə bölüşərək, gələcək nəsilin bu torpağın qoruyucuları olduqlarını vurğulayıblar. Görüşdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub, haqq savaşında aparılan mübarizədə qalib gələn igidlərimizə təşəkkür edilib, qalibiyyətimizi şəhidlərimizə borclu olduğumuz bildirilib.
Eyni zamanda 20 Yanvar tarixində “İrəli” İctimai Birliyi 60-dan çox üzvü və digər gənclər təşkilatları ilə birgə Şəhidlər Xiyabanını ziyarət edərək, dövlətimizin müstəqilliyi uğrunda canından keçən vətən övladlarının xatirələrini yad edib.
Qeyd edək ki, “İrəli” İB bundan əvvəl də davamlı olaraq 20 Yanvar hadisələrinə həsr olunan xüsusi videoçarxlar hazırlayıb, anım yürüşləri və müxtəlif tədbirlər həyata keçirib.
Bölməyə aid digər xəbərlər