Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Süni intellektdən istifadə sahibkarlıqda zərurətə çevrilir” - Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti

Baxış: 218

  “Biznes dünyası artıq klassik üsullardan rəqəmsal həllərə keçib. Azərbaycan sahibkarları da bu dəyişimi yaxından izləməli, fəaliyyətlərində süni intellekt (AI) texnologiyalarından istifadə etməlidirlər. Bu, sadəcə texnoloji yenilik və dövrün tələbi deyil, eyni zamanda strateji zərurətdir”. Bu sözləri sahibkartv.az saytına özəl açıqlamasında Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib.   Vüqar Zeynalov, sürətlə dəyişən iqtisadi mühitdə rəqabətə davamlı olmaq istəyən yerli sahibkarların süni intellektin verdiyi imkanlardan geniş şəkildə faydalanmalı olduqlarını, bunun sayəsində sahibkarların daha dəqiq bazar analizləri apara biləcəklərini, müştəri davranışlarını proqnozlaşdırmaq və əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanları əldə edə biləcəklərini bildirib.   O vurğulayıb ki, süni intellekt, xüsusilə də satış, maliyyə planlaması, kadr idarəçiliyi və istehsalat proseslərinin avtomatlaşdırılması sahələrində böyük fayda verir. “Bizim məqsədimiz odur ki, süni intellekt texnologiyalarına çıxış yalnız böyük şirkətlərlə məhdudlaşmasın. Kiçik və orta sahibkarlıq subyektləri də bu imkanlardan istifadə etməyi bacarmalıdır. Bunun üçün həm hüquqi, həm də tədris bazası gücləndirilməlidir. Sahibkarlarımız yalnız yerli bazarda deyil, eyni zamanda regional və qlobal səviyyədə də rəqabətə hazır olmalıdır. Bunun üçün də analitik düşüncə, avtomatlaşdırma və innovasiya əsas faktor kimi önə çıxır”. – deyə V.Zeynalov əlavə edib.
Sonda Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti süni intellektin gələcəyin yox, artıq bu günün tələbi olduğunu vurğulayaraq, bütün sahibkarları bu texnologiyanı mənimsəməyə çağırıb.

Ülviyyə Filiyeva 24.07.2025

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.