Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya geri qaytardığı məhsullarla bağlı Azərbaycana 34 notifikasiya göndərib

Baxış: 311
“Tuta absoluta” zərərvericisi ilə bağlı Rusiya Federasiyası Azərbaycana 34 notifikasiya göndərib. Notifikasiyalar cəmi 9 istehsal müəssisəsi və 5 ixracatçı şirkət haqqında olub”.
Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərlə bağlı danışarkən deyib. 
O bildirib ki, Azərbaycan tərəfi də idxal zamanı oxşar zərərvericiləri aşkarlayır və qarşı ölkələrə də notifikasiyalar göndərilir:
“Qeyd edim ki, 2020-ci ildə Azərbaycan Respublikasından Rusiya Federasiyasına 190 min tona yaxın pomidor məhsulu ixrac olunub. Zərərvericinin məhsullardakı payı 0,28 faiz təşkil edib. Azərbaycan Respublikasında mövcud inzibati ərazilərdən isə yalnız 6 rayonda bu zərərvericinin olması halı qeyd edilib. Məhsulun yalnız göstərilən qismində zərərvericinin olması ilə bu məhdudiyyətin bütün ölkə üzrə tətbiq edilməsi bizdə təəccüb doğurur”.
E.Mikayılov əlavə edib ki, Rusiya Federasiyasına hər ilin başlanğıcında fəaliyyət göstərən istixanalarla bağlı proqnoz göndərilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.