Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəhid ailələrinə təqaüd kartı və “Şəhid ailəsi üzvü” vəsiqəsi evlərində təqdim edildi - FOTO

Baxış: 340
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun rəhbər şəxsləri tərəfindən şəhid ailələri ilə görüşlər davam edir.
ƏƏSMN-dən verilən məlumata görə, bu dəfə Fondun sədr müavini Səfər Mehdiyev Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan Eynulla Lətifovun (Quba rayonu, İkinci Nügədi kəndi),  Rəşad Səfərəliyevin (Xaçmaz şəhəri) və Ağaəli Ağayevin (Siyəzən rayonu, Balaca Həmyə kəndi) ailələrində olub.
Görüşlər zamanı ailələrin sosial vəziyyəti öyrənilib. Onlara şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib.
Hər üç şəhidin ailələrinə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğu bildirilib. Şəhid ailələrinin həmçinin aktiv məşğulluq proqramlarına cəlb olunması işlərinin də aparıldığı qeyd olunub. 
S.Mehdiyev ailələrə təqaüd kartını və “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanacağını vurğulayıb.












Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.