Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-ın Energetika Nazirliyindən 2022-ci il üzrə Azərbaycanla bağlı İLK PROQNOZ

Baxış: 342
ABŞ 2022-ci ildə Azərbaycanın neft və kondensat istehsalı ilə bağlı proqnozunu açıqlayıb.
Sahibkartv.Az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik həcminin orta hesabla 780 min barel olacağı proqnozlaşdırılır.
Belə ki, növbəti ilin birinci rübündə neft və kondensat hasilatının gündəlik həcminin orta hesabla 760 min barel olacağı bildirilib. 2022-ci ilin ikinci rübündə hasilatın 30 min barel artaraq 790 min barel olacağı qeyd edilib.
Hasilatın ilin üçüncü və dördüncü rüblərində isə 10 min barel azalaraq 780 min barel olacağı proqnozlaşdırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.