Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

2020-ci ildə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb

Baxış: 451
Azərbaycanda 2020-ci il ərzində 8 milyard 428,9 milyon manat həcmində kənd təsərrüfatı məhsulu istehsal edilib.
Sahibkartv.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2019-cu illə müqayisədə 2 faiz artıb.
Belə ki, bu dövr ərzində Azərbaycanda 4 milyard 28,4 milyon manat dəyərində bitkiçilik məhsulu istehsal edilib. Bu məhsulların istehsal həcmi əvvəlki illə müqayisədə 0,8 faiz artıb.
Həmçinin, ötən il Azərbaycanda 4,4 milyard manat dəyərində heyvandarlıq məhsulu istehsal edilib. Bu məhsulların istehsal həcmi 3,1 faiz artıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.