Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyada koronavirusu bir dəqiqəyə müəyyən edən üsul tapıldı

Baxış: 255
Rusiyada “Sbera” süni intellekt laboratoriyası bir dəqiqədə yeni növ koronavirus infeksiyası ehtimalını təyin edə biləcək alqoritm hazırlayıb.
Bu barədə “RİA Novosti” şirkətin açıqlamasına istinadən xəbər yayır.
Virusun varlığını təyin etmək üçün səsin, nəfəs almanın və öskürəyin səs modellərindən istifadə olunur, həmçinin simptomlar barədə qısa sorğu aparılır.
Səs Rusiya xəstəxanalarındakı xəstələrin nəfəs alması, səsi və öskürək səsləri üzərində öyrədilmiş dərin konvolyusional neyron şəbəkəsi tərəfindən analiz edilir.
“Hal-hazırda alqoritmin nəticələri PCR testi qədər dəqiq olmasa da, müqayisə ediləbiləcək xüsusiyyətlərə malikdir”, - deyə şirkətdən bildirilib.
“Sberbank” İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyakin qeyd edib ki, bu, bir tibbi diaqnostik vasitə yox, gündəlik yoxlayıcıdır.
Şirkət bu alqoritmlə əlaqəli xüsusi tətbiq hazırlamağı planlaşdırır. Tətbiq “App Store” və “Google Play”də satışa çıxarılacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.