22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Çernobıl qəzasının ləğvində iştirak etmiş II qrup əlil, Bakının Binəqədi rayonunda Çernobıl Əlillər Cəmiyyətinin rəhbəri və Nəsimi rayonunda bu təşkilatın rəhbərinin müavini Kamal Əliyev Media.Az-ın redaksiyasına müraciət edib. O, məsələni ictimailəşdirməkdən başqa çarəsi olmadığını deyir. Səbəb K.Əliyevin yaşadığı çoxmərtəbəli binada liftin olmamasıdır.
“Mən doqquzuncu mərtəbədə yaşayıram. Düşmək və qalxmaq mənim üçün işgəncədir. Görünür həyətdə çadır qurmalı olacağıq. İllərdir həyətə çıxmayan sakinlər var, çoxlarının yaşı 70-dən yuxarıdır. Bu məsələdə kömək istəyirik, çünki bütün kommunal xərcləri mütəmadi olaraq ödəyirik”, -deyə 59 yaşlı K.Əliyev şikayətlənib.
İki girişli doqquzmərtəbəli bina Bakının mərkəzində, Qarabağ küçəsi 22 ünvanında yerləşir. Sakinlər 1995-ci ildən orada məskunlaşıblar, lakin ev hələ rəsmi olaraq istismara verilməyib.
“Haralara getsək də, məhz bu fakt dövlət qurumlarının bizə kömək etməsinə mane olur. Rayon Administrasiyasının, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və Fövqəladə Hallar Nazirliyinin işçiləri tərəfindən yoxlandıq. Yalnız bir cavab var - bina şəhərin balansında deyil. Çılpaq gözlə də evin tamamlanmadığı görünür".
Şikayətçi sağlamlıq vəziyyətindən də danışıb.
“Çernobıl qəzasının ləğvində iştirak sağlamlığıma təsir etdi. Mədə, oynaq və görmə problemlərim var. Məsələ burasındadır ki, iştirakçıların birinci kateqoriyasına aidəm. 26 aprel 1986-cı ildə Ukrayna SSR ərazisində texnogen fəlakət baş verəndə bütün Sovet respublikalarından, o cümlədən Azərbaycandan yardımlar təşkil edildi. Mən də daxil olmaqla ölkəmizdən altı mindən çox insan iştirak etdi. Əvvəlcə dördüncü enerji blokunu örtməyə beton hazırlamaq üçün Pripyat şəhərinə göndərildim. Bir ay sonra Çernobıl AES-dən 15 kilometr məsafədə olan zonaya köçürüldüm və orada daha iki ay qaldım. Aprel ayında fəlakətin 35-ci ildönümü qeyd olunacaq. Təəssüf ki, illər keçdikcə sayımız azalır”, - deyə Kamal Əliyev bildirib.
Bölməyə aid digər xəbərlər