
12 iyun 2025-ci il tarixində Urmiya Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan vilayətində İnvestisiya İmkanları” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Tədbirin əsas məqsədi bölgənin iqtisadi potensialını beynəlxalq ictimaiyyətə tanıtmaq, xarici investorlarla əlaqələri gücləndirmək və regionlararası əməkdaşlığı genişləndirmək olmuşdur.
Konfransda bir çox ölkələrdən iş adamları, iqtisadçılar və dövlət nümayəndələri iştirak etmişdir. Azərbaycan Respublikasını bu mötəbər tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov, Konfederasiyanın Goranboy rayon üzrə nümayəndəsi Rüstəm Nağıyev və Sahibkartv.az xəbər portalının redaktoru Nuranə Tağıyeva təmsil etmişlər.
Konfrans çərçivəsində iştirakçılar arasında mühüm təmaslar qurulmuş, gələcək əməkdaşlıq üçün ilkin razılaşmalar əldə olunmuşdur.











































