Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ötən il 12 min şəxs özünüməşğulluq proqramına cəlb olunub

Baxış: 262
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2020-ci ildə 12 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Nazirlikdən verilən məlumata görə, onların sırasına şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, aztəminatlı, habelə çoxuşaqlı ailələrin üzvləri, ünvanlı sosial yardım alan ailələrin üzvləri daxildir. Proqrama cəlb olunanlara biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılır. 
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra olunan «Sosial Bağlar» layihəsi də özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstəkdir.
Layihə çərçivəsində ölkənin müxtəlif rayonlarında 2018-ci ildə 125 ailə, 2019-cu ildə 250 ailə üçün intensiv meyvə bağları salınıb. 2020-ci ildə də layihə  üzrə 11 rayonda daha 250 aztəminatlı ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılıb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.